Taleh Yüzbəyovdan qalmaqallı sözlər: "Əziz xanımlar, siz ali cins deyilsiniz" - VİDEO
Taleh Yüzbəyov son reklam çarxı ilə bağlı sosial şəbəkələrdə yaranan sərt müzakirələrə münasibət bildirib.
"Cebheinfo.az" xəbər verir ki, aktyor instaqram hesabında qadınların da tənqid olunmasının normal hal olduğunu deyib:
"Əziz xanımlar, siz ali cins deyilsiniz. Mövcud iki bioloji cinsdən birisiniz. Ona görə kişilər kimi sizi də tənqid etmək mümkün və normaldır".
Taleh Yüzbəyov paylaşımında bildirib ki, estetik əməliyyat etdirmək hər kəsin şəxsi qərarıdır:
"Estetik əməliyyat kimlərinsə seçimidir. Estetik gözəlliyi bəyənib-bəyənməmək də başqalarının seçimidir. Buna görə belə kütləvi isterika yaşamayın".
Müzakirələrə səbəb olan reklam çarxı Taleh Yüzbəyovun şirniyyat mağazalarından biri ilə əməkdaşlığı çərçivəsində hazırlanıb. Təbii və şəkərsiz dondurmanın tanıdıldığı videoda aktyorun qarşısında estetik əməliyyatlar etdirdiyi görüntüsü verilən qadın əyləşir.
Çarxın davamında o, diqqətini arxa masada oturan təbii görünüşlü qadına yönəldir və onu seçir. Məhz bu məqam sosial şəbəkələrdə müxtəlif rəylərə səbəb olub, bəzi istifadəçilər reklamı qadınların estetik görünüşünün hədəfə alınması kimi qiymətləndiriblər.
"Cebheinfo.az"

