İlham Əliyev: "Onlar da BMT TŞ-də təmsil olunmalıdır"

İlham Əliyev: "Onlar da BMT TŞ-də təmsil olunmalıdır"

"Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqı BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır".

"Cebheinfo.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması mütəmadi olaraq müzakirə edilir:

"Ancaq hansısa bir nəticə yoxdur. Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq bu məsələdə öz mövqeyi var, islahatlarla bağlı öz versiyasını təklif edib. Çünki bu, əhatəli, təmsilçilik səviyyəsində olmalıdır. Biz hesab edirik ki, rotasiya əsasında daimi yerlərdən biri Qoşulmama Hərəkatının sədrinə verilməsi, onun veto hüququ olmalıdır.

Daha bir yer rotasiya əsasında İslam Əməkdaşlıq Təşkilatına ayırılmalıdır, çünki orada müsəlman ölkələr də təmsil edilmir. Digər yer Afrika İttifaqına ayrılmalıdır və qurumun həmin dövrdəki sədri orada təmsil olmalıdır. Bu ədalətli yanaşma olardı".

İlham Əliyev vurğulayıb ki, bəzi ölkələr BMT Təhlükəsizlik Şurasına üzv olmağa çalışır:

"Ancaq burada da müəyyən kriteriyalar olmalıdır. Əhali sayı, iqtisadi potensialı meyar ola bilməz. Fikrimcə, burada inklüziv yanaşma olmalıdır, rotasiya qaydası işləyəcək, üzvlər dəyişiləcək. Ancaq bu gün BMT Təhlükəsizlik Şurasının böyük hissəsi rotasiya qaydası ilə dəyişmir.

Əgər bu hal baş verərsə, veto hüququmuz olacaq. Əks halda BMT öz potensialını itirməkdə davam edəcək. Münqaişələrin həlli baxımından və beynəlxalq münasibətlər baxımından proseslərdən kənarda qalacaq".

"Cebheinfo.az"