İran AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmayacaq

İran AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmayacaq

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini ölkənin nüvə obyektlərinə buraxmayacaq.

"Cebheinfo.az" İran mediasına istinadən xəbər verir ki, bu barədə brifinq zamanı İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Daha əvvəl AEBA-nın baş direktoru Rafael Qrossi agentliyin müfəttişlərinin yaxın vaxtlarda İrana səfər edə biləcəyini bildirərək, bu məsələ ilə bağlı texniki danışıqların artıq aparıldığını qeyd etmişdi.

"Cebheinfo.az"