İran öhdəliklərini yerinə yetirməyi dayandırdı

İran öhdəliklərini yerinə yetirməyi dayandırdı

İran heç vaxt öhdəliklərinin pozulmasının təşəbbüskarı olmayıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Qürurla bildiririk ki, İran bütün danışıqlarda dəqiqlik və ciddilik nümayiş etdirib. Razılaşmaları pozan ABŞ tərəfidir”, - deyə Bəqai bildirib.

Sözçü həmçinin qeyd edib ki, ABŞ əldə edilən bütün razılaşmaları tam şəkildə yerinə yetirməyə qayıdanadək İran da memorandum çərçivəsində öhdəliklərini yerinə yetirməyi dayandıracaq.

"Cebheinfo.az"