Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı dünyada cərəyan edən müharibə və münaqişələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.
"Cebheinfo.az" xəbər verir ki, dövlət başçısı Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyib:
“Məncə, artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir”.
"Cebheinfo.az"

