İran: "ABŞ ilə memorandumunu heç vaxt pozmadıq"

İran: "ABŞ ilə memorandumunu heç vaxt pozmadıq"

"İran İslam Respublikası heç vaxt ABŞ ilə imzalanmış memorandumu pozmayıb və Vaşinqton onun yerinə yetirilməməsinə görə tam məsuliyyət daşıyır". 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqeyi brifinqdə bildirib.

"İran heç vaxt öhdəliklərinin pozulmasının təşəbbüskarı olmayıb. Qürurla bildiririk ki, İran İslam Respublikası bütün danışıqlarda dəqiqlik və ciddilik nümayiş etdirib", - deyə Baqeyi bildirib. Odeyib ki, razılaşmaları ardıcıl olaraq pozan tərəf Amerikadır.

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü, həmçinin qeyd edib ki, ABŞ əldə edilən bütün razılaşmaları yerinə yetirməyə qayıdana qədər İran da memorandum üzrə öhdəliklərini yerinə yetirməyi dayandıracaq.

"Əvvəldən "öhdəliyə sadiqlik" prinsipi barədə danışmışıq. Əgər qarşı tərəf öz öhdəliklərinə əməl edərsə, biz də öz öhdəliklərimizə əməl edəcəyik. 

Bundan sonra biz bu şəkildə hərəkət edəcəyik: qarşı tərəf öz öhdəliklərini pozmağa davam etdiyi müddətcə, İran İslam Respublikası da öz növbəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən çəkinəcək".

Aişə Abdulova
“Cebheinfo.az”