ABŞ İrana raket zərbəsi endirib: Bir nəfər yaralanıb
ABŞ İranın Xuzistan vilayətinin Abadan şəhərinə hücum edib.
“Tasnim”in xəbərinə görə, bu barədə vilayət merinin müavini bildirib.
Onun sözlərinə görə, günorta saatlarında həyata keçirilən raket hücumlarında bir nəfər xəsarət alıb.
Hücumların hansı obyektləri hədəfə aldığı ilə bağlı ətraflı məlumat yoxdur.
"Cebheinfo.az"

