“Əlillərin cəmiyyətə inteqrasiyasına dəstək” layihəsinin son tədbiri başa çatıb
“Azərbaycan Əlillər Cəmiyyəti” ictimai birliyi “Əlillərin cəmiyyətə inteqrasiyasına dəstək” layihəsini Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirib.
Layihənin məqsədi əlil vətəndaşlarımızın istedadlarının üzə çıxarılması, onlara diqqətlərin yönəlməsi, fərd olaraq cəmiyyətə inteqrasiyası, dövlətin onlara olan diqqətin təbliğidir. Dövlət üçün bu qəbildən olan əhali qrupu nə qədər ağır yük olsa da, müxtəlif layihələrlə onların cəmiyyətin bir fərdinə çevrilməsi üçün böyük addımlar atılır.
Əlillərın istər sosial problemlərinin, istər psixoloji durumlarının yaxşılaşması, hüquqlarının bilmələri üçün müxtəlif kurs, seminar, tədbirlərin keçirilməsi böyük addımlardır. Çünki dövlətimizin daha çox əhalinin sağlam düşüncəli kəsiminə ehtiyacı var.
Beləliklə, layihə vasitəsi ilə iki təlim keçirilib. Təlimlərdə layihənin məqsədləri barədə geniş məlumat verilib. İştirakçıların layihəyə qədər çəkdikləri rəsm və əl işlərinə baxış keçirilib, tapşırıqlar verilib. Təlimlərin nəticəsi olaraq Sərgiyə hazırlıq aparılıb.
Təlimlərdə iştirakçılara dəftərxana ləvazimatları paylanıb. İştirakçı siyahıları tərtib olunub. Foto-video çəkilib. Çay süfrəsi ətrafında təlim davam etdirilib.
Təşkil olunan Sərgidə əllidən çox rəsm əsəri, əl işləri nümayiş olunub. Əlilliyi olan təlim iştirakçıları bir-birindən maraqlı rəsm, əl işləri ortaya qoyublar. Layihənin rəhbəri Xədicə Mikayılova, Təlimçi Rahim Rzayev münsiflər heyətinə işlərə qiymət verməyə dəvət edilib. Beləliklə, bir neçə saata qiymətləndirmə aparılıb. Təlim iştirakçılarına sertifikatlar, hədiyyələr təqdim olunub.
"Cebheinfo.az"

