Hörmüz boğazı bağlandı: Gərginlik yenidən artır
İran ABŞ silahlı qüvvələrinin bölgədəki son fəaliyyəti ilə əlaqədar Hörmüz boğazından tranzitin hazırda mümkün olmadığını bildirib.
“Cebheinfo.az”-ın məlumatına görə, İranın “Hörmüz Boğazının Təhlükəsizliyi İdarəsi”nin “X” hesabında yerləşdirilən açıqlamada belə deyilir:
“Hörmüz boğazından gəmilərin keçidi ilə əlaqədar bütün müraciət edənlərə bildiririk ki, ABŞ silahlı qüvvələrinin bölgədəki son qanunsuz fəaliyyəti ilə bağlı boğazdan keçid hazırda mümkün deyil.
Sabitlik və sakitlik bərpa edildikdən sonra bütün sorğular qrafikə uyğun olaraq tərtib ediləcək və lazımi icazələr veriləcək”, - deyə məlumatda qeyd edilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”

