İnfantino: "Sayın 64-ə çatdırılmasın müzakirə edəcəyik"

İnfantino: "Sayın 64-ə çatdırılmasın müzakirə edəcəyik"

FIFA prezidenti Canni İnfantino dünya çempionatında iştirakçı komandaların sayının yenidən artırılacağını bildirib.

"Yeni Sabah" Bluewin-ə istinadən xəbər verir ki, o, DÇ-2026-da ilk dəfə 48 yığmanın iştirak etməsinin uğurlu qərar sayıb:

“Bəli, 100 faiz! 48 komandalı turnir böyük uğura çevrildi. Bütün yığmalar yüksək səviyyə nümayiş etdirdi. Hər qitədən olan komandalar qol vurdu və ən azı bir xal topladı. Afrikanın 10 komandasından 9-u pley-offa yüksəldi. Əvvəlki dünya çempionatında isə bu qitədən cəmi 5 yığma iştirak edirdi. Bu, bir daha göstərir ki, bütün ölkələrə şans vermək nə qədər vacibdir”. 

FIFA prezidenti mundial iştirakçılarının sayının 64-ə çatdırılması ehtimalına da münasibət bildirib:

“Məsələ müvafiq komitələrdə müzakirə olunacaq”.

"Cebheinfo.az"