Baş nazir söz atdı: Səfir cavabını verdi
İspaniyanın keçmiş Baş naziri Mariano Raxoy DÇ-2026-nın yarımfinalında ölkəsinə rəqib olan Fransa millisi haqqında danışıb.
“Yeni Sabah” xəbər verir ki, 71 yaşlı siyasətçi rəqiblərinə söz atıb:
“Fransanın çox güclü heyəti var, amma heyətində fransız futbolçu yoxdur. Bu, ironikdir.”
Raxoyun qalmqallı sitatına Fransanın İspaniyadakı səfirliyindən cavab gecikməyib:
“Fransa milli komandasındakı bütün futbolçular fransızdır. Heyətdəki 26 futbolçudan 23-ü Fransada anadan olub. Xaricdə doğulan 3 futbolçu da Fransa vətəndaşıdır.”
Xatırladaq ki, 2011-2018-ci illər ərzində İspaniya hökumətinə rəhbərlik edən Mariano Raxoyun dövründə ölkənin muxtar qurumlarına qarşı sərt addımlar atılıb. Sağ-mərkəzçi Xalq Partiyasının (PP) lideri olan Raxoy 2017-ci ildə Kataloniyada keçirilən separatçı referendumu ləğv edərək Barselonadakı lokal parlamentin səlahiyyətlərini məhdudlaşdırıb. Fransızlara qarşı xüsusi antipatiyası ilə tanınan sabiq baş nazir İspaniyanın şimalında yaşayan baskları “qal dönmələri” adlandırıb.
"Cebheinfo.az"

