Slaven Biliç Xorvatiya milli komandasının baş məşqçisi təyin olunub
Zlatko Daliçlə yolları ayıran Xorvatiya milli komandasının yeni baş məşqçisinin adı müəyyənləşib.
"Cebheinfo.az" xəbər verir ki, federasiya bu posta Slaven Biliçin gətirildiyini açıqlayıb.
Razılaşmaya əsasən, 57 yaşlı mütəxəssislə 3 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Slaven Biliç 2006-2012-ci illərdə də Xorvatiya milli komandasının baş məşqçisi olub.
Biliç karyerası ərzində "Lokomotiv" (Moskva), "Beşiktaş", "Vest Hem", "Əl İttihad", "Vest Bromviç", "Beyjinq Qoan", "Uotford"da da çalışıb.
"Cebheinfo.az"

