Qrehemin ölüm səbəbi açıqlandı
ABŞ-də nüfuzlu Respublikaçı senator Lindsi Qrehemin qəfil ölümünün səbəbi açıqlanıb.
“Cebheinfo.az”-ın məlumatına görə, senator Qrehemin ofisi onun ölümü ilə bağlı məhkəmə-tibb ekspertizasının ilkin nəticələrini açıqlayıb.
Məlumatda qeyd edilir ki, senatorun ölümünə ürəkdən çıxan əsas arteriyanın daxili divarında yaranan cırıq (aorta disseksiyası) səbəb olub. Rəsmi açıqlamada 71 yaşlı Qrehemin vəziyyətinin ateroskleroz mənşəli ürək-damar xəstəliklərindən qaynaqlandığı bildirilir. Bütün toksikoloji və mikroskopik testlər tamamlandıqdan sonra ölüm haqqında şəhadətnamənin yenilənəcəyi xəbər verilir.
Xatırladaq ki, Lindsi Qrehem iyulun 11-də qəflətən vəfat edib. Rusiyaya və İrana qarşı sərt mövqeyi ilə seçilən senator Qrehemin gözlənilməz ölümü ilə əlaqədar müxtəlif siyasi şaiyələr yaranıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”

