Cəmi 2 saniyəyə keçid: Azərbaycanda minlərlə sərnişin bu sistemi seçib

Cəmi 2 saniyəyə keçid: Azərbaycanda minlərlə sərnişin bu sistemi seçib

"SİMA Pay" üztanıma ödəniş sistemi ilə artıq 9 mindən çox sərnişin dəmiryol turniketlərindən cəmi iki saniyəyə keçid edir.

“Cebheinfo.az”-a bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, son iki ay ərzində Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılan SİMA Pay üztanıma ödəniş sistemi sərnişinlərin turniket keçidlərini daha sürətli və rahat edib. 

Məlumata görə, ictimai nəqliyyatda ilk dəfə ADY tərəfindən tətbiq edilən bu rəqəmsal həll hazırda 9 mindən çox sərnişin tərəfindən istifadə olunur. Sistem vasitəsilə sərnişinlər turniketdən cəmi iki saniyə ərzində rahat və təhlükəsiz şəkildə keçid edə bilirlər.

Nigar

“Cebheinfo.az”