Bodibilderlərin qanunsuz şəbəkəsi ifşa edildi

Bodibilderlərin qanunsuz şəbəkəsi ifşa edildi

Böyük Britaniyada idman fenomenlərinin "Gencore Global" adlı sağlam həyat şirkəti vasitəsilə "Telegram" üzərindən qanunsuz steroid satışı şəbəkəsi qurduğu iddia olunub. 

"Cebheinfo.az" xəbər verir ki, "TikTok" və "Instagram" platformalarında fəaliyyət göstərən, ümumilikdə 180 mindən çox izləyicisi olan 12 nəfərin "Gencore Global" şirkətinin marka səfiri və ya əməkdaşı olduğu müəyyən edilib.

Bu, Guardian" qəzetinin araşdırması nəticəsində məlum olub.Bildirilir ki, həmin şəxslər istifadəçiləri steroidlər, reseptlə satılan dərmanlar və eksperimental peptidlərin satışının həyata keçirildiyi "Telegram" qruplarına yönləndiriblər.

Onların tövsiyə etdiyi preparatlar arasında əzələ inkişafını və fiziki performansı artıran sintetik testosteron törəməsi olan anabolik steroidlər də yer alıb.

Mütəxəssislərin sözlərinə görə, bu maddələr ürək-damar xəstəlikləri, sonsuzluq və hormonal pozğunluqlar kimi ciddi sağlamlıq riskləri yarada bilər.

Araşdırmada qeyd olunur ki, "Anabolic By Nature" adlı "Telegram" qrupu təxminən 5 500 üzvə çatıb.

Əfsanə
"Cebheinfo.az"