Uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır

Uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır

Avropa İttifaqı (Aİ) 13 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq təklifi irəli sürülüb.

"Cebheinfo.az" xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin uşaqların sosial mediaya çıxışı ilə bağlı fikirlərini öyrəndiyi ekspert qrupu bu gün Brüsseldə hesabatını təqdim edib.

Hesabatda Aİ-də 13 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq tövsiyə olunur.

Ekspertlər qeyd ediblər ki, 13 yaşa qədər sosial media və digər rəqəmsal xidmətlərdən istifadəyə yalnız valideynlərin nəzarəti altında icazə verilməlidir.

Onlar qeyd ediblər ki, pedaqoji kontekstdə və təhsil məqsədləri üçün bu yaşdan kiçik uşaqlara vaxt məhdudiyyətləri tətbiq olunmaqla istisna verilə bilər.

Məhz Avropa Komissiyasına təqdim edilən hesabatın müəlliflərindən biri olan Ulm Universiteti Xəstəxanasının Uşaq və Yeniyetmələr Psixiatriya Klinikasının direktoru Jörg Fegertin sözlərinə görə, 13 yaşından etibarən uşaqlara yaşa uyğun sosial media platformalarına giriş icazəsi verilə bilər, lakin bu giriş zamanı "standart təhlükəsizlik tədbirlərinə" əməl edilməlidir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen təqdim olunan hesabatın  diqqətlə araşdırılacağını və tövsiyələrin nəzərə alınacağını bildirib və əlavə edib ki, müxtəlif yaş qrupları üçün girişə mərhələli yanaşma nəzərdən keçirilməlidir.

Ursula Fon der Lyayen həmçinin Avropa Komissiyasının yayın sonunda Aİ-də tətbiq olunacaq yeni qaydalar üçün təklifini təqdim edəcəyini də açıqlayıb.

Nigar
"Cebheinfo.az"