Britaniya “Sepah”ı terrorçu elan etdi
Böyük Britaniya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terror təşkilatı elan edib.
"Yeni Sabah" Sky News-a istinadla xəbər verir ki, təhlükəsizlik naziri Ancela İql parlamentə yazılı məlumat göndərib.
O bildirib ki, London İİKK ilə əlaqəli və Böyük Britaniyada insanların həyatını təhdid edən fəaliyyət qeydə alıb.
Böyük Britaniyada yəhudi icmasına qarşı bir sıra hücumlarla əlaqəli olduğu bildirilən "Əshab əl-Yəmin əl-İslamiyyə" təşkilatı artıq terror təşkilatı elan edilib.
"Cebheinfo.az"

