PSJ Adam Ayari ilə peşəkar müqavilə imzalayıb

PSJ Adam Ayari ilə peşəkar müqavilə imzalayıb

Fransanın PSJ klubu futbolçusu Adam Ayari ilə peşəkar müqavilə imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Paris təmsilçisi məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, PSJ-nin yetirməsi olan Adam Ayari altı yaşından klubdadır. O, U-19 komandasında 20 matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Fransanın gənclər komandasına müntəzəm dəvət alan oyunçu hazırda U-19 yığmasının üzvüdür.

"Cebheinfo.az"