Polşa Ukraynaya “Patriot” verdi
Polşa 2026-cı ilin yazında bir neçə NATO ölkəsi tərəfindən hazırlanmış kollektiv hərbi yardım paketinin bir hissəsi olaraq Ukraynaya doqquzdək “Patriot” hava hücumundan müdafiə raketi göndərib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
Tomçik RMF FM radiosunda deyib:
"Biz Ukraynaya üç-doqquz “Patriot” raketi göndərmişik".
Onun sözlərinə görə, Varşava ABŞ-dən təhlükə yarandığı təqdirdə raketlərin on qat geri ödəniləcəyinə dair zəmanət alıb.
Bir müddət əvvəl Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış müxalifət nümayəndələrinin və prezident Karol Navrotskinin administrasiyasının hökuməti Kiyevə Patriot raketləri göndərməkdə günahlandırmasından sonra Ukraynaya hərbi təchizat barədə məlumatı açıqlamaq qərarına gəlmişdi.
Xəzər
“Cebheinfo.az”

