Paşinyanla mübahisə etdi; İşdən qovuldu

Paşinyanla mübahisə etdi; İşdən qovuldu

May ayının ortalarında Ermənistanın Baş naziri Nikol Paşinyanla mübahisə edən  həkim Arpine Soqoyan İrəvan poliklinikasından işdən çıxarılıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə  həkimin qızı, vəkil Tatevik Soqoyan açıqlama verib. 

Mayın 18-də, 7 parlament seçkilərindən əvvəl seçicilərlə görüş zamanı bir qadın Paşinyana yaxınlaşaraq onun vətənini oğurladığını, bütün gənc nəsli məhv etdiyini, uşaqlarını və qardaşını əlindən aldığını deyib. 

Cavabında Paşinyan bir daha münaqişə zamanı Qarabağ sakinlərinin qaçdığını bildirib və bütün rəqiblərini məhv edəcəyini vədini verib.

“Siz soruşdunuz ki, anamın Paşinyanla qızğın görüşündən sonra onun işinə nə olub? Cavab verirəm: İrəvan poliklinikasında 21 illik nöqsansız işlədikdən sonra iş ştatlarının ixtisarına görə anamın işdən çıxarılmasına qərarı verildi. Bu, o deməkdir ki, poliklinikada qadın məsləhətxanası olacaq, lakin şöbə müdiri olmayacaq.

Bütün bir inzibati rayondan olan minlərlə qadın, o cümlədən hamilə qadınlar təcrübəli müdir olmadığından nəzarətsiz qalacaqlar”,- deyə Soqoyan “Facebook” sosial şəbəkəsində yazıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”