Kallas: "Gürcüstan hökumətini dəstəkləmirik"
Avropa Birliyi Gürcüstanın hazırkı hökuməti ilə əlaqələri minimum səviyyədə saxlayır.
Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.
“Hazırkı hökumətlə demək olar ki, heç bir əlaqəmiz yoxdur. Biz hökuməti deyil, Gürcüstan xalqını dəstəkləmək istəyirik”, - Kallas bildirib.
"Cebheinfo.az"

