ABŞ Kubada fəaliyyət göstərən 10 təşkilata qarşı sanksiyalar tətbiq edib

ABŞ Kubada fəaliyyət göstərən 10 təşkilata qarşı sanksiyalar tətbiq edib

ABŞ Dövlət Departamenti Prezident Donald Tramp administrasiyasının Kubanın hakimiyyətinə təzyiqi gücləndirməyə yönəlmiş siyasəti çərçivəsində ada dövlətində fəaliyyət göstərən 10 təşkilata qarşı sanksiyaların tətbiq edildiyini elan edib.

Bu barədə ABŞ Dövlət Departamentinin saytındakı bəyanatda bildirilib.

"ABŞ Kuba kommunist rejimindən qaynaqlanan milli təhlükəsizliyə təhdidləri aradan qaldırmaq, eləcə də ölkəni daha yaxşı gələcəklə təmin edəcək iqtisadi və siyasi islahatlara dəstək olmaq üçün bütün yollardan istifadə etməyə davam edəcək", - qurumdan bildirilib.

Dövlət Departamentindən qeyd olunub ki, hər 10 təşkilat Kubadakı repressiyalara, həmçinin ABŞ-nin milli təhlükəsizliyinə və xarici siyasətinə təhdid yaradan fəaliyyətə aidiyyəti olan şəxslərə və strukturlara qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini nəzərdə tutan ABŞ prezidentinin fərmanına əsasən sanksiyalar siyahısına daxil edilib.

"Cebheinfo.az"