Knessetdə "erməni soyqırımı" səsverməsi TƏXİRƏ SALINDI
İsrail Knessetində qondarma erməni soyqırımının tanınmasına dair qətnamə üzrə səsvermə təxirə salınıb.
"Cebheinfo.az" xəbər verir ki bu barədə JNS israilli rəsmiyə istinadən yazır.
İyunun sonunda İsrail hökuməti "erməni soyqırımı"nın tanınması təşəbbüsünü yekdilliklə dəstəkləmişdi. Nazirlər Kabinetinin təsdiqindən sonra sənəd parlamentin müzakirəsinə çıxarılmalı idi.
JNS-in məlumatına görə, səsvermə regiondakı həssas diplomatik vəziyyət səbəbindən təxirə salınıb. Nəşr qeyd edir ki, son aylarda Qəzza zolağındakı müharibə və Prezident Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı sərt bəyanatları səbəbindən İsrail ilə Türkiyə arasındakı münasibətlər pisləşib.
İsrailin xarici işlər naziri G. Saar hökumətdə bu təşəbbüsü təqdim edərkən, tanınmanı":tarixi ədalət məsələsi" adlandırmışdı. AP agentliyinin məlumatına görə, İsrail hakimiyyəti bu qərarı Türkiyənin tarixi faktları inkar etməsi ilə də əsaslandırıb.
Ankara isə öz növbəsində bəyan edib ki, İsrailin bu təşəbbüsü siyasi xarakter daşıyır.
JNS yazır ki, səsvermənin təxirə salınması İsrail və Türkiyə arasında gərginliyin azaldılması istiqamətində aparılan beynəlxalq səylərlə bağlı ola bilər.
"Bundan əlavə, ötən ay Azərbaycan İsrail hökumətinin qərarını pisləyib və onu bu təşəbbüsdən imtina etməyə çağırıb"?-deyə məlumatda bildirilir.
Məlumata görə, həftənin sonunda Knesset yay tətilinə çıxacaq və 27 oktyabra təyin edilmiş parlament seçkilərinədək fəaliyyətini bərpa etməyəcək.
Xəzər
"Cebheinfo.az"

