Emin əkizləri ilə millimizin qələbəsini izlədi

Emin əkizləri ilə millimizin qələbəsini izlədi

Xalq artisti Emin Ağalarov Azərbaycan milli komandasının minifutbol üzrə dünya çempionatındakı matçını əkizləri Əli və Mikayılla birgə izləyib.

"Cebheinfo.az" xəbər verir ki, sənətçi həmin görüntüləri sosial media hesabında yayımlayıb.

O, övladlarının istəyi ilə matçı izləməyə getdiklərini qeyd edib.

Qeyd edək ki, Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub. Komandamız final görüşündə Macarıstanı 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.

"Cebheinfo.az"