Paşinyan: "Əgər II Qaregin subaylıq andını pozubsa..."

II Qareginin subaylıq andını pozduğu və uşağı olduğu məlum olarsa, o, bütün ermənilərin katolikosu ola bilməz.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu fikri ölkənin baş naziri Nikol Paşinyan erməni ruhanilərin "mənəvi siması" haqqında silsilə paylaşımlarının davamı olaraq sosial şəbəkədə yazıb.
Bununla yanaşı, Paşinyan "hər kəsin şəxsi və ailə həyatının məxfiliyinə hörmətlə yanaşdığını" bildirib. Lakin bütün ermənilərin katolikosunun bu cür şəxsi həyatı ola bilməz.
“Lakin bütün ermənilərin katolikosunun bu cür şəxsi həyatı ola bilməz.Mən bu problemi Erməni Apostol Kilsəsinin davamçısı kimi qaldırıram, çünki bunu mənəvi təhlükəsizlik problemi kimi görürəm. Bu sözləri həm də Ermənistanın baş naziri kimi deyirəm, çünki bunu dövlət təhlükəsizliyi problemi kimi görürəm", - Ermənistan hökumətinin başçısı bildirib.
Qeyd edək ki, bundan əvvəl Paşinyan və həyat yoldaşı Anna Akopyan Facebook səhifələrində Erməni Apostol Kilsəsinin nümayəndələrinə qarşı kəskin alçaldıcı ifadələrlə çıxış ediblər.
"Cebheinfo.az"