"Sabah" “Rize Cup” beynəlxalq turnirini altıncı pillədə başa vurub

"Sabah"ın U-12 komandası Türkiyədə təşkil edilən “Rize Cup” beynəlxalq turnirini 8 xalla altıncı pillədə başa vurub.
"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda növbəti oyunlarını keçirib.
"Sabah" Gürcüstanın “Dinamo” (Batumi) və Türkiyənin “Samsunspor” komandaları ilə heç-heçə edib (0:0). Türkiyənin “Fənərbağça” (1:2) və “Gənclərbirliyi” (0:2) komandalarına məğlub olub.
Qeyd edək ki, "Sabah" daha öncə “Rizespor” (1:2), “Başakşəhər” (1:0) və “Qaziantep”lə (3:1) qarşılaşmışdı.
"Cebheinfo.az"