"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
"Cebheinfo.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qoşulmayacaq.
Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya, iyunun 10-da isə "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.
"Cebheinfo.az"