"Bavariya" "Milan"ın portuqaliyalı ulduzunu istəyir

"Milan"ın hücumçusu Rafael Lean karyerasını Almaniyada davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat verib.
Onun sözlərinə görə, 25 yaşlı portuqaliyalı ilə "Bavariya" maraqlanır.
Rafael Lean ötən mövsüm "Milan" forması ilə 50 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.
Onun "Milan"la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 75 milyon avro qiymətləndirir.
"Cebheinfo.az"