Milli kəşfiyyatın rəhbəri HƏMAS lideri ilə danışdı

Türkiyə Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın dünən axşam HƏMAS Siyasi Bürosunun sədr müavini Halil Hayye ilə telefon danışığı aparıb.
"Cebheinfo.az" xəbər verir ki, Kalın-Hayye görüşündə ABŞ-nin xüsusi nümayəndəsi Steve Vitkoffun rəhbərliyi altında HƏMAS-a çatdırılan son təkliflər çərçivəsində həyata keçirilən atəşkəs danışıqlarında əldə olunan son nəticələr müzakirə edilib.
Türkiyənin Qəzzada baş verən humanitar faciə və dağıntılara son qoyulması, təcili yardımların çatdırılması üçün beynəlxalq ictimaiyyətlə birgə səyləri qeyd edilib. Türkiyənin Fələstin xalqının yanında olduğunun vurğulandığı görüşdə əsir mübadiləsi və humanitar yardımların keçirilməsinə təcili icazə verilməsi, daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib. Görüşdə ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə danışıqların davam etdirilməsinin, Qəzzadakı humanitar faciəyə son qoyulması üçün beynəlxalq ictimaiyyətin İsrailə təzyiq göstərməsinin vacibliyi vurğulanıb.
Nigar Hacılı
"Cebheinfo.az