Corco Kyelliniyə "Yuventus"da vəzifə verildi

İtaliya millisinin və "Yuventus"un keçmiş futbolçusu Corco Kyellini rəsmi olaraq Turin klubunda yeni vəzifə tutacaq.
Oxu.Az xəbər verir ki, italiyalı veteran futbolçu klubun strategiya üzrə direktoru təyin edilib.
Corco yeni vəzifəsinin icrasına iyunun 4-də başlayacaq.
Qeyd edək ki, Kyellini 2005-2022-ci illərdə "Yuventus"da çıxış edib.
"Cebheinfo.az"