Mingəçevirdə iki yeniyetməni avtomobil vurub

Mingəçevirdə avtomobil iki piyadanı vurub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, "KİA" markalı minik maşını 2008-ci il təvəllüdlü Ə.Nəzirlini və onun həmyaşıdı M. Məmmədlini vurub.
Hadisə nəticəsində xəsarət alan yeniyetmələr xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.
"Cebheinfo.az"