Xankəndiyə güclü dolu yağır - VİDEO

Xankəndiyə güclü dolu yağır - VİDEO

Bu gün Xankəndi şəhərinə və ətraf yaşayış məntəqələrinə küləklə müşahidə olunan leysan xarakterli yağış yağıb, dolu düşüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, günün ikinci yarısından etibarən davam edən qeyri-sabit hava şəraiti şəhər təsərrüfatına ziyan vurmayıb.

Şəhərin komunal təsərrüfatında elektrik enerjisi, içməli su və təbii qaz verilişində məhdudiyyət yaranmayıb. Bu dəqiqələrdə də yağış yağır, güclü şimşək çaxır.

Yağış və dolu zamanı Xankəndi şəhərində çəkilən görüntüləri təqdim edirik:

https://www.facebook.com/afttelmanqz/posts/pfbid02aTUHKwZ75EhV49pRHroYxgmdTPzDvPVb1KtAjWHEm61D738LrZLvsJ8RNvMJx3nql

“Cebheinfo.az”