Bakıda gözəllilk salonunda qadınlar saçyolduya çıxdılar

Bakıda gözəllik salonunda qadınlar arasında dava olub.
"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hövsan qəsəbəsi ərazisindəki gözəllik salonunda baş verib. Həmin salonda saç ustası işləyən Ləman adlı xanım iş yoldaşı Zərifə ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Ləman Zərifəyə müxtəlif bədən xəsarətləri yetirib. O, iş yoldaşının saçından tutaraq yerə yıxıb, saçlarını yolub, bədəninin müxtəlif nahiyəsinə xəsarətlər yetirib.
Salondakı digər şəxslərin köməyi ilə dava sakitləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq əldə edilib və təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib.
"Cebheinfo.az"