Kvaratsxeliyaya Gürcüstanın ali dövlət mükafatı veriləcək

PSJ ilə Çempionlar Liqasının qalibi olan gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya ölkənin ali dövlət mükafatı - Müqəddəs Georgi ordeni ilə təltif ediləcək.
Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze məlumat verib.
İ.Kobaxidze Xviça Kvaratsxeliyanın uğurunu bütün Gürcüstanın qələbəsi adlandırıb.
Baş nazir həmçinin əlavə edib ki, "Milan"la Çempionlar Liqasının qalibi olmuş, hazırda Tbilisinin meri Kaxa Kaladzeyə də Müqəddəs Georgi ordeni təqdim olunacaq.
"Cebheinfo.az"