NATO müharbəni müzakirə edəcək

Şimali Atlantika Müqaviləsi Təşkilatının müdafiə nazirləri iyunun 5-6-da Brüsseldə keçiriləcək görüşdə müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasına dair milli planları müzakirə edəcəklər.
Bunu NATO-nun baş katibi Mark Rutte Vilnüsdə "Buxarest doqquzluğu" (B9) və Şimali Avropa ölkələri ilə görüşdə bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Rutte “Sizi əmin edə bilərəm ki, 2014-cü ildə razılaşdığımız bu 2% müdafiə sistemimizdəki bütün boşluqları doldurmaq üçün əldə etməmiz lazım olan bütün qabiliyyət hədəflərinə çatmaq üçün kifayət deyil”, - deyib. O, "müdafiə sənayesi bazasının qurulmasının" da zəruri olduğunu qeyd edib:
"Hərbi mobillik, eləcə də müdafiə xərcləri daxil olmaqla, müdafiə ilə bağlı bütün xərclər barədə də razılaşmalıyıq. Əlbəttə ki, biz Ukraynanı Haaqada müzakirə edəcəyik və bu gün əmin olacağıq ki, Ukrayna müharibədə qalmaq üçün lazım olan hər şeyə malikdir”. Haaqa sammitində NATO ölkələrindən hazırkı 2%-lik hərbi xərclər hədəfini ÜDM-in 5%-nə yüksəldəcəyi gözlənilir.
Nigar Hacılı
"Cebheinfo.az"