Ukraynanın hücum dronları Rusiyada hazırlanıb? - İDDİA

Rusiyanın "Voyna s Feykami" (Saxta xəbərlərlə mübarizə) adlı kanalı iddia edib ki, Ukraynanın “FPV” pilotsuz təyyarələri ilə Rusiya hava bazalarına hücumlarında istifadə edilən avadanlıqlar böyük ehtimalla Rusiya sərhədləri daxilində hazırlanıb.
"Cebheinfo.az" xəbər verir ki, kanal Ukrayna rəsmilərinin sosial mediada paylaşdığı pilotsuz təyyarələrin montaj görüntülərini araşdırıb və sözügedən hazırlıqların Çelyabinskdəki anbarda aparıldığını iddia edib.
İstintaq göstərib ki, Çelyabinskdəki Sverdlovsk Traktı 28A ünvanındakı anbar paylaşılan fotolardakı xüsusiyyətlərə tam uyğun gəlir.Kanal bildirib ki, anbarda kran sistemi, pəncərə formaları, qapı pərdələri və hətta ukraynalıların çəkdiyi qraffiti də fotolara uyğun gəlir.
Sözügedən anbarın ayda 350 min rubla icarəyə götürüldüyünə dair elanların olduğu da bildirilib.Rusiya kanalı “FPV” dronlarının Qazaxıstandan Çelyabinskə hissə-hissə gətirilərək bu anbarda yığılması ehtimalına diqqət çəkib.
Çelyabinsk vilayətinin Qazaxıstan sərhədinə yaxın yerləşməsi bu iddianı dəstəkləyir. Ancaq məsələnin təfərrüatları Rusiya kəşfiyyat orqanlarının aparacağı araşdırma ilə aydınlaşacaq.
İddialardan sonra Rusiya səlahiyyətlilərinin sözügedən anbar da daxil olmaqla bölgədəki şübhəli logistika nöqtələrini araşdıracağı bildirilir. Ukraynanın Rusiya ərazisində bu cür əməliyyat hazırlıqlarını görüb-görmədiyi sualı müharibənin “kölgə cəbhəsi”ndə yeni gərginliyə səbəb ola bilər.
Bu iddialar təsdiqlənərsə, Ukraynanın Rusiya daxilində logistik şəbəkələrdən istifadə edərək strateji hücumlar təşkil etdiyini təsdiqləyəcək.
Nigar Hacılı
"Cebheinfo.az”