“6000-in 6000-ə” formatında meyitlərin qaytarılması razılaşdırıldı

“6000-in 6000-ə” formatında meyitlərin qaytarılması razılaşdırıldı

İstanbulda keçirilən danışıqların ikinci raundunda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında əsirlərin yeni mübadiləsinə dair razılıq əldə olunub.

Bu barədə jurnalistlərə Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukraynanın müdafiə naziri Rustem Umerov məlumat verib.

“Müharibə əsirlərinin azad edilməsi məsələsində biz rəqəmlərə deyil, konkret kateqoriyalara diqqət yetirməyə razılaşdıq. Bütün ağır yaralı və ağır xəstə hərbi əsirləri dəyişməyə razılaşdıq. İkinci kateqoriya 18-25 yaş arası gənc əsgərlərdir. Biz həmçinin “6000-in 6000-ə” formatında hərbi qulluqçuların meyitlərini qaytarmağa razılaşdıq”, - o qeyd edib.

"Cebheinfo.az"