Bakıda hava limanında ölüm

Bakıda hava limanında ölüm

Heydər Əliyev Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dünən saat 14 radələrində qeydə alınıb.

Rusiya Federasiyası vətəndaşı olan 1959-cu il təvəllüdlü Sudabar Niftulla qızı Kazhibekovanın səhhəti qəfil pisləşib və o vəfat edib.

66 yaşlı qadının infarktdan ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"