Bu ölkədə səfirliyimiz açıldı - FOTOLAR

Bu ölkədə səfirliyimiz açıldı - FOTOLAR

Azərbaycanın Keniyada səfirliyi açılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, Keniyaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə birlikdə Azərbaycanın Keniyadakı Səfirliyinin açılış mərasimində iştirak edib.

Nazirlər diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya dövlətlərarası əlaqələrinin davam etdirilməsi və möhkəmləndirilməsi, kommunikasiyaların asanlaşdırılması və əməkdaşlığın təşviqi istiqamətində mühüm addım kimi qiymətləndiriblər.

"Cebheinfo.az"