Həcc ziyarətçilərinin sayına MƏHDUDİYYƏT

Səudiyyə Ərəbistanı 269 mindən çox insanın illik Həcc ziyarəti üçün icazəsiz Məkkəyə daxil olmasını qadağan edib.
"Cebheinfo.az" xəbər verir ki, hökumət Həcc ziyarəti zamanı şəhərin icazəsiz iştirakçılarla dolu olduğunu bildirib.
Açıqlamada deyilir ki, say çoxluğu yay istilərində ölənlərin sayının artmasına səbəb olub.
Hazırda Məkkədə 1,4 milyon rəsmi qeydiyyatdan keçmiş müsəlman var və yaxın günlərdə daha çox müsəlmanın gələcəyi gözlənilir. Həcc ziyarətini icazəsiz yerinə yetirənləri 5000 dollara qədər cərimə və deportasiya kimi digər cəzalar gözləyir.
"Cebheinfo.az"