Cənubi Koreya prezident seçir

Cənubi Koreya prezident seçir

Bu gün Cənubi Koreyada keçmiş prezident Yoon Suk Yeolun impiçmentindən sonra yeni prezidentin müəyyənləşdirilməsi üçün seçkilər keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, Milli Seçki Komissiyasından verilən açıqlamaya görə, təxminən 44 milyon qeydiyyatdan keçmiş seçicisi olan ölkədə seçicilər yerli vaxtla saat 06:00-dan başlayaraq məntəqələrdə qurulan 14 min 295 seçki məntəqəsində səs verməyə başlayıb.

Bildirilib ki, seçki məntəqələrinin açılışından 3 saat ərzində qeydə alınmış seçicilərin 9,2 faizini təşkil edən 4,09 milyon insan səs verib.

Mayın 29-30-da keçirilən erkən səsvermədən ölkə seçicilərinin 34,74 faizini təşkil edən 15,4 milyon insan yararlanıb. Bu, ilk dəfə 2014-cü ildə tətbiq edilən erkən səsvermə praktikasında indiyə qədər görülmüş ən yüksək göstərici idi.

Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Ana müxalifətdəki Demokratik Partiyasından (DP) Li Jae-myung və hakim Xalq Gücü Partiyasından (PPP) Kim Mun Su ən güclü namizədlərdir.

Li və Kimdən başqa, Yeni İslahat Partiyasından Li Jun-Seok, Demokratik İşçi Partiyasından Kvon Yanq-quk və müstəqil Sonq Jin Honun adları da səsvermə bülletenində yer alıb.

Nigar Hacılı 
"Cebheinfo.az"