Azərbaycan və türk klubları Avropada neçəncidir? - FOTOLAR

Klublarımızın UEFA reytinqi bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, 7 klubumuz sözügedən siyahıya daxil olub.
Ən uğurlu klubumuz “Qarabağ” olub. Belə ki, Ağdam təmsilçisi 69-cu sırada qərarlaşıb. Digər təmsilçilərimizdən “Neftçi” 187, “Zirə” 318, “Sabah” 319, “Sumqayıt” 323, “Qəbələ” 337, “Şamaxı” isə 338-ci yerdədir.
Qardaş Türkiyənin də 6 klubu siyahıda yer alıb. “Fənərbağça” 47-ci, “Qalatasaray” 58-ci yerdə qərarlaşıb. “Başakşehir” 82, “Sivasspor” 110, “Beşiktaş” 113, “Trabzonspor” isə 148-ci yeri tutub.
Elmir Mustafa
“Cebheinfo.az”