Azərbaycanda vəfat edən tələbələrin sayı AÇIQLANDI

Azərbaycanda vəfat edən tələbələrin sayı AÇIQLANDI

Ötən tədris ilində Azərbaycanda 76 tələbə vəfat edib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Bildirilib ki, onlardan 54-ü bakalavriat, 5-i magistratura, 12-si tam orta ixtisas, 5-i isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Bundan başqa, 2024-cü ildə akademik borca görə 315, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 1 133, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə 10 min 746 tələbə universitetdən xaric edilib.

Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 1 346 olub.

Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı isə 53 nəfər olub. (Report)

"Cebheinfo.az"