Pakistanlı nazir Azərbaycana TƏŞƏKKÜR ETDİ

Pakistan qaz ehtiyatlarının lokallaşdırılması prosesində göstərdiyi köməyə və dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Pakistanın federal energetika naziri (neft bölməsi) Ali Pervaiz Malik deyib.
“Son bir neçə ildə Pakistanın tədarükünün əhəmiyyətli hissəsi dost ölkələrin hesabına həyata keçirilib və ölkənin bununla bağlı təxminən 3-4 müqaviləsi var. Biz ilk növbədə, yeni müqavilələrə qoşulmazdan əvvəl çalışırıq ki, götürdüyümüz öhdəlikləri yerinə yetirək. Eyni zamanda, kəşfiyyat və hasilatı stimullaşdırmağa çalışırıq. Pakistanın ən böyük qaz istehlakçısı enerji sektoru və məişət sektorudur. Biz məişət texnikası üçün enerji səmərəliliyi standartlarını tətbiq etməyə çalışırıq”, - nazir qeyd edib.
"Cebheinfo.az"