Lerikdə itkin düşmüş şəxsin meyiti tapılıb - YENİLƏNİB

Lerikdə itkin kimi axtarılan 35 yaşlı şəxsin meyiti tapılıb.
"Cebheinfo.az"-ın xəbərinə görə, meyit rayon ərazisində aşkarlanıb.
***
11.02
Lerikdə 35 yaşlı şəxs itkin düşüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayon sakini 1990-cı il təvəllüdlü Şahin Musa oğlu Şərifov 3 gündür axtarılır. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsin itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə axtarış elan edilib.
Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
"Cebheinfo.az"