Sərvəti xeyriyyəyə sərf ediləcək

Sərvəti xeyriyyəyə sərf ediləcək

“Microsoft” şirkətinin təsisçisi, amerikalı milyarder Bill Qeytsin sərvətinin böyük hissəsi Afrika üçün xərclənəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, milyarder bu barədə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqının Baş Qərargahında çıxışı zamanı danışıb.

“Bu yaxınlarda sərvətimin növbəti 20 il ərzində paylanacağını vəd etmişəm. Bu vəsaitlərin əsas hissəsi burada, Afrikada problemlərin həlli məqsədilə xərclənəcək”, - deyə Qeyts qeyd edib.

Onun sözlərinə görə, məbləğ Bill və Melinda Qeyts Xeyriyyə Fondu vasitəsilə Afrikaya yönləndiriləcək.

Yazda isə B.Qeyts bildirmişdi ki, sözügedən fond 2045-ci ilə qədər müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar ayıracaq.

Xatırladaq ki, 69 yaşlı milyarder hazırda planetin ən varlı şəxsləri siyahısında beşinci pillədədir. Onun şəxsi sərvəti 175 milyard dollar olaraq qiymətləndirilir.

"Cebheinfo.az"