Türkiyədə güclü zəlzələ: Ölən var - VİDEO

Türkiyədə güclü zəlzələ: Ölən var - VİDEO

Türkiyədə daha bir zəlzələ olub.

“Cebheinfo.az” xəbər verir ki, bu dəfə Muğlada 5,8 ballıq zəlzələ qeydə alınıb.

Zəlzələ Muğlanın Marmaris bölgəsində saat 02:17-də baş verib. 69 nəfərin zəlzələ zamanı yaşanılan panikada xəsarət aldığı, 14 yaşlı bir qız uşağının isə öldüyü açıqlanıb. 

10,43 kilometr uzaqlıqda olan zəlzələnin 67,91 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. 

Zəlzələ Egey və Aralıq dənizinin ətraf əyalətlərində, xüsusilə İzmir və Antalyada da hiss olunub.

 

Elmir
“Cebheinfo.az”