Sırrı Süreyya Öndəri o əvəzləyəcək

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya (DEM) Partiyasında 3 mayda vəfat edən Sırrı Süreyya Öndəri kimin əvəzləyəcəyi bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, partiyanın Türkiyə Böyük Millət Məclisindəki (TBMM) yeni Qrup sədr müavini seçilib.
Sözügedən vəzifə millət vəkili Pərvin Buldana həvalə olunub. Bununla bağlı DEM Partiyasından açıqlama verilib.
Bildirilib ki, keçirilən toplantının ardından Pərvin Buldan parlamentdə Qrup sədr müavini seçilib:
“Bu gün keçirilən qapalı məclis Qrup toplantısında DEM Partiyasının İmralı heyətinin üzvü Pərvin Buldan Qrup sədr müavinimiz seçilib”.
Qeyd edək ki, bu qərar yaxın zamanda Türkiyə Böyük Millət Məclisinə (TBMM) bildiriləcək.
Elmir Mustafa
“Cebheinfo.az”