Əhaliyə xəbərdarlıq: Qorxunc virus yayılıb

Yunanıstanın Milli İctimai Sağlamlıq Agentliyi (EODY) ağcaqanad dişləməsi ilə yayılan Qərbi Nil virusuna qarşı əhaliyə xəbərdarlıq edib.
"Cebheinfo.az" xəbər verir ki, EODY-dən verilən açıqlamada Qərbi Nil virusunun Avropa başda olmaqla bir çox ölkədə hər il yay aylarında görüldüyü, 2010-cu ildən bu yana Yunanıstanda isə demək olar ki, hər yay hadisələrinin qeydə alındığı bildirilib.
Səlahiyyətlilər, əvvəlki illərdən əldə edilən məlumatlara görə, Qərbi Nil virusu hadisələrinin 2025-ci ilin yayında görülmə ehtimalının olduğunu ifadə edərək, cəmiyyətin şüurlu hərəkət etməsi lazım olduğunu dilə gətirib.
Bəyanatda ağcaqanadlardan qorunmaq üçün ağcaqanad qovucu vasitələrdən istifadə etmək, bədəni örtən paltar seçmək tövsiyə olunur.
Yunanıstanda son 15 ildə ümumilikdə 2088 Qərbi Nil virusuna yoluxma halı aşkarlanıb.
Bu hadisələrdən 1471 nəfərdə mərkəzi sinir sistemi ilə bağlı ciddi klinik simptomlar yaranıb, 292 nəfər isə virusa görə həyatını itirib.
Nigar Hacılı
"Cebheinfo.az"