Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Bu ilin may ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 148 min 300 nəfər olub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 112 min 8-i yaşa, 14 min 222-si əlilliyə, 22 min 70-i isə ailə başçısını itirməyə görə pensiya alıb.
"Cebheinfo.az"